Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.

Bu barədə Heftelik.az-a Nazirlikdən xəbər verilib. Bildirilib ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, Elşən Hümbət oğlu Mustafayev Respublika Narkoloji Mərkəzinin baş direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov Respublika Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunub.