Bakı-Salyan yolunun 29-cu kilometrliyində baş vermiş ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı artıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, 2020-ci il təvəllüdlü Bayxan Bağırov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

***

saat 17.47

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) Bakı-Salyan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

BDYPİ-dən Heftelik.az-a verilən məlumata görə, hadisə magistral yolun 29-cu kilometrliyində qeydə alınıb.

İlkin məlumata görə, “Hyundai Accent” markalı, 99-TN-320 dövlət nömrə nişanlı avtomobil xarab olaraq yolun kənarında dayanıb. Eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı, 42-BM-084 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb. Hadisə nəticəsində “Hyundai Accent” avtomobilində olan üç nəfər qadın sərnişin həlak olub. Sürücü, bir qadın və bir azyaşlı uşaq isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

***

saat 17.24

Salyanda ağır yol qəzası olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunda, Salyan rayonunun Kürsəngi kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “KamAZ” markalı yük maşını və “Toyota Prius”un toqquşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadaları cəlb olunub.