Aprelin 5-i axşam şimal və qərb rayonlarından başlayaraq 7-si gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən məlumata görə, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Qərb küləyi 8-də ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimalı var.