Kollektiv əmək mübahisələrinin predmeti müəyyənləşib.

Bunu Heftelik.az-a açıqlamasında hüquqşünas Yaşar Ağazadə bildirib.

Əmək Məcəlləsi ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan kollektiv əmək mübahisələrinin həlli nizama salınır:

  1. a) kollektiv müqavilələrin və sazişlərin bağlanması üçün danışıqların aparılması;
  2. b) kollektiv müqavilələrin və sazişlərin bağlanması;
  3. c) qüvvədə olan kollektiv müqavilələrə və ya sazişlərə dəyişikliklərin, əlavələrin edilməsi;

ç) kollektiv müqavilələrin və sazişlərin icrasının təmin edilməsi;

  1. d) kollektiv üzvlərinin mənafelərinin təmin olunması üçün digər əmək və sosial, iqtisadi məsələlərin həll edilməsi.

Əmık Məcəlləsi ilə müəyyən edilmiş kollektiv əmək mübahisələrinin həlli qaydaları işçilərinin sayından asılı olmayaraq bütün müəssisələrin işəgötürənləri, müvafiq icra, məhkəmə hakimiyyəti orqanları, əmək kollektivləri və həmkarlar ittifaqları üçün məcburidir.