Pozuntular aşkar olunan mahnılarla bağlı cərimə nəzərdə tutulmayıb.

Heftelik.az-ın məlumatına görə,  bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Mahnılarımız monitorinq aynasında” adlı tədbirdə jurnalistlərə açıqlamasında deyib.

Sevinc Əliyeva bildirib ki, bir neçə dəfə xəbərdarlıq olunduqdan sonra bu barədə addım atmaq olar: “Hesab edirəm, bu xəbərdarlıqlar həmin ifaçıların efirlərə, radiolara ayaq açmasının qarşısını alacaq”.