3-cü “Yüksəliş” müsabiqəsinin ilk imtahanı aprelin 16-sı keçiriləcək.

Heftelik.az xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev mətbuat konfransında deyib.

O bildirib ki, onlayn keçiriləcək imtahanda dünyagörüşünün yoxlanılması üçün verilən sualların 50 faizinə cavab verənlər növbəti mərhələyə keçəcəklər:

“Qabiliyyət üzrə imtahan 30 aprel tarixində nəzərdə tutulub. İyunda idarəetmə bacarıqları üzrə imtahan, iyulda isə yarımfinal və final mərhələlərinin keçirilməsi planlaşdırılır”.