Türkiyənin Çorum vilayətinin İskilip rayonunda məsciddən çıxanlara tüfənglə atəş açılıb.

Heftelik.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

İnsident nəticəsində ikisi qadın olmaqla ümumilikdə 6 nəfər yaralanıb.

Hadisəni törədən şəxs ərazidən qaçıb, hazırda onun saxlanılması istiqamətində iş aparılır.