Yaxın gələcəkdə Füzuli rayonunun Dövlətyarlı, Dədəli və Pirəhmədli kəndlərinin tikintisinə başlanacaq.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  bunu Füzulidə Şəhərsalma məsələləri üzrə İşçi Qrupun növbəti iclasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib.

“Hazırda isə daha 7 kəndin tikintisinə başlamaq üçün layihələndirmə işləri aparılır”, – o deyib.