Bütün qurumlarda – büdcə, qeyri-büdcə təşkilatlarında artıq ştat məsələsi aktualdır. Bu ştatların tutulub-tutulmaması ikinci məsələləridir.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qurumun 2022-ci il üzrə fəaliyyət hesabatının müzakirəsi zamanı bildirib.
Vüqar Gülməmmədov deyib ki, hüquq-mühafizə orqanları ilə Hesablama Palatasının fəaliyyətinin nəticəsini müqayisə etmək düzgün deyil: “Dünyanın heç bir yerində hüquq-mühafizə orqanları audit orqanı ilə müqayisə olunmur. Audit ən sivil mübarizə metodudur. Nöqsanların təkrarlanması ilə bağlı fikirlər səsləndirildi. Onu demək istəyirəm ki, nöqsanların təkrarlandığı hər il deyilir. O dövrdən bu dövrə görülən iş nədən ibarət olub ki, nöqsanlar təkrarlanmasın? Özümüzə də baxaq ki, biz bu dövrdə hansı ciddi bir iş gördük ki, bu işlər də təkrarlanmasın? Vacib olan bu suala cavab tapmaqdır”, – deyə Vüqar Gülməmmədov əlavə edib.