Ucar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya”nın və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ucar şəhəri 6 nömrəli məktəbdə 12 aprel 2023-cü il tarixdə maarifləndirici tədbir keçirilib.
Heftelik.az-ın məlumatına görə, maarifləndirmə tədbirində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları, Ucar Rayon İcra Hakimiyyətinin və digər əlaqədar dövlət qurumlarının məsul şəxsləri çıxışlar edərək Ucar rayonunda “Narkomaniyaya yox deyək”, “Erkən və qohumlar arası nikahların mənfi nəticələri”, “Dini radikalizm” və “Uşaqların təhsildən yayınmasının qarşısının alınması” mövzuları ilə bağlı müəllimlər, şagirdlər və tədbirin digər iştirakçıları maarifləndirilib.
Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilmiş, müəllim və şagirdlərlə diskussiyalar aparılıb. Tədbirin sonunda şagirdlərin mövzulara uyğun sualları cavablandırılıb.