“Vergi borcumun olması barədə bir şey bilmirəm”.

Heftelik.az-ın məlumatına görə, bunu apasport.az saytına “Neftçi”nin sabiq futbolçusu Tallison Dias deyib.

Hazırda vətəni Braziliyada “Portuqeza”nın formasını geyinən 32 yaşlı müdafiəçi Azərbaycanda vergi borcları üzündən məhkəməyə verilməsinə münasibət bildirib: “Mən nə etmişəm ki? Kimisə öldürmüşəm? Düzü, sizlə danışınca bu barədə heç bir məlumatım yox idi”.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi Bakı Kommersiya məhkəməsinə müraciət edərək Dias barəsində tədbir görülməsini tələb etsə də, Tallisonun vergi borcundan xəbəri olmayıb: “Çünki bu vergi borcu barədə heç kim heç nə deməmişdi. O haqda heç məlumat da verməmişdilər”.

Qeyd edək ki, Tallison 2020-21-ci illərdə “Neftçi” klubunda oynayıb.