“Muğan Bank” ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib.

Heftelik.az-ın məlumatına görə,  bank vəfat edən keçmiş səhmdarı Maqbet Mehdiyevin 11,58 %-lik payı digər səhmdarlar arasında bölüşdürülüb.

Nəticədə Mehdiyeva Fəridə Cahandar qızının bankdakı payı 10,03%-dən 21,6070%-ə, Elmir Maqbet oğlu Mehdiyevin payı 67,74 %-dən 67.7442 %-ə kimi artıb, Vəliyeva Vəfa Əhməd qızının payı isə 10,65 %-dən 10.6487 %-ə enib.

Qeyd edək ki, Maqbet Mehdiyev 2022-ci il noyabrın 21-də 84 yaşında dünyasını dəyişib.