Ekspert və ya mütəxəssisin hansı hallarda da işə baxılmasında iştirak edə bilməyəcəyi açıqlanıb.

Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a açıqlamasında deyib ki, Mülki Prosessual Məcəlləyə əsasən, ekspert və ya mütəxəssis aşağıdakı hallarda da işə baxılmasında iştirak edə bilməz:

– o, işdə iştirak edən şəxslərdən və ya onların nümayəndələrindən, yaxud vəkillərindən qulluq mövqeyinə görə və ya sair cəhətdən asılıdırsa, yaxud asılı olmuşsa; [38]

– o, məhkəməyə müraciət etməyə əsas verən materiallar üzrə təftiş aparmışsa və ya bu materiallardan həmin işin baxılmasında istifadə edilirsə;

– onun səlahiyyəti olmadığı müəyyən edilərsə.

Ekspertin, mütəxəssisin, tərcüməçinin və məhkəmə iclası katibinin həmin işə əvvəllər baxılmasında müvafiq olaraq ekspert, mütəxəssis, tərcüməçi və məhkəmə iclası katibi qismində iştirak etmələri onlara etiraz edilməsi üçün əsas deyil.