Aprelin 28-də mina partlayışı nəticəsində həlak olan ANAMA ilə əməkdaşlıq etmiş 3 nəfərin ailələrinə və yaxınlarına başsağlığı veririk, eyni zamanda başqa mina partlayışları nəticəsində həlak olan azərbaycanlıların ailələrinə başsağlığı veririk.

Heftelik.az xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin sözçüsü Elis Spensli bildirib.

“Biz ANAMA ilə sıx əməkdaşlıq edirik, minaların və partlamamış hərbi sursatların mülki insanları öldürməkdə və şikəst etməkdə, iqtisadi inkişafı əngəlləməkdə və köçkün icmalarının təhlükəsiz qayıtmasına mane olmağa davam etməsindən narahatlıq duyuruq. ABŞ dövlət katibinin vurğuladığı kimi, Birləşmiş Ştatlar sülh danışıqlarına və bütün region üçün dinc gələcəyin əldə olunmasına sadiq olaraq qalır”, o deyib.