Sumqayıtda axtarışda olan şəxs tutulub.

DİN-dən Heftelik.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə axtarışda olan Emin Həsənov saxlanılıb. Araşdırmalarla onun bir vətəndaşın bank hesabından 3775 manat oğurlaması da müəyyən olunub.