Lənkəran bir deputatı kimi Lənkəranda aparılan uğurlu tikintiləri – otellər, kafelər, restoranlar və  uçaq əyləncə mərkəzlərini qeyd etmək istəyərdim.

“Heftelik.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev bildirib.

Rüfət Quliyev deyib ki, bütün bunlar  “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun istər Lənkəranda, istərsə də başqa rayonlarda işlədiyini göstərir: “Amma buna baxmayaraq bəzi şirkətlər bu qanundan öz maraqları üçün istifadə edirlər. O cümlədən Bakının bir neçə rayonunda, regionlarda belə hallara rast gəlinir.

Heftelik.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev bildirib.

Deputat deyib ki, əfsuslar olsun ki, bəzi sahibkarlar fırıldaqçılıqlar məşğul olurlar, insanların pullarını alırlar, lakin işlərini görmürlər: “Bunu da daha çoxu tikinti şirkətləri edir. Məsələn, “Bakı İnşaat” MMC, 5 ay qabaq insanlardan pul alıb, nə  binanı tikib, nə pulu qaytarıb. Bu və buna bənzər şirkətləri nəzarətdə saxlamaq lazımdır. Bunu Şəhərsalma və Arxitektura Komitəsi nəzarətdə saxlaya bilər. Amma 3 aydan bir yoxlamaq da lazımdır. Evlər tikilir, hansı qaydada tikilir? Sənəddə  göstərilir ki, 2 il ərzində 10 ev tikiləcək.  7-si tikilir, 3-ündə uğursuzdur, yəni insanları aldadır. Qardaş ya siz, ya da İqtisadiyyat Nazirliyi, gəlib yoxlasın. Bunu tənzimləmək lazımdır. İnsanlar məhkəməyə müraciət edir, o da illərlə davam edir”.