Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxslər ictimai işləri yerinə yetirdikləri yerin müəssisədaxili intizam qaydalarına riayət etməli, əməyə vicdanla yanaşmalı, onlar üçün müəyyən olunmuş yerlərdə və məhkəmənin qərarında müəyyən olunmuş müddətdə işləməli və yaşayış yerini dəyişdikdə, bu barədə icra məmuruna məlumat verməlidirlər.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsə əsas iş yerində növbəti məzuniyyətin verilməsi ictimai işlər növündə inzibati tənbehin icrasını dayandırmır.

İctimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası zamanı İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallar yarandıqda, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs və ya onun qanuni nümayəndəsi qərarın icrasına xitam verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilər. İctimai işlər növündə inzibati tənbehin müddəti saatla hesablanır.