Başqa şəxslərin mənafelərinin müdafiəsi üçün iddia qaldıran şəxslər mübahisənin mediasiya vasitəsilə həllinə razılıq vermək və ya barışıq sazişi bağlamaq hüquqlarından başqa, iddiaçının bütün prosessual hüquqlarından istifadə edir və vəzifələrini daşıyırlar.

Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a açıqlamasında deyib ki, Mülki Prosessual Məcəlləyə əsasən, həmin şəxslərin və orqanların iddiadan imtina etməsi, xeyrinə iddia qaldırılmış şəxsi işə mahiyyəti üzrə baxılmasını tələb etmək hüququndan məhrum etmir.

Mənafeyi naminə iş başlanmış şəxs tələbdən imtina etdikdə məhkəmə iş üzrə icraata xitam verir.