Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları talama və ya hədə qorxu ilə tələb etmə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, nəzərdə tutulmuş əməllər:
– qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
– təkrar törədildikdə;
– şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
– həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə—
altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmin əməllər:
– mütәşәkkil dəstə tərəfindən törədildikdə;
– külli miqdarda törədildikdə;
– həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə —
səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
