Meşə fondu torpaqlarında meşəsuvarma şəbəkələrinin, drenaj sistemlərinin, yaxud yolların məhv edilməsinə və ya korlanmasına görə cərimələr açıqlanıb.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, meşə fondu torpaqlarında meşəsuvarma şəbəkələrinin, drenaj sistemlərinin, yaxud yolların məhv edilməsinə və ya korlanmasına görə fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan yeddi min beş yüz manatadək məbləğdə cərimə edilir.