Ucar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya”nın və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Təzə Şilyan kənd tam orta məktəbində 05 may 2023-cü il tarixdə maarifləndirici tədbir keçirilib.

Heftelik.az-ın məlumatına görə, maarifləndirmə tədbirində Ucar Rayon Polis Şöbəsinin rəis müavininin və əməkdaşlarının, Ucar Rayon İcra Hakimiyyətinin və digər əlaqədar dövlət qurumlarının məsul şəxsləri çıxışlar edərək Ucar rayonu Təzə Şilyan kəndində “Narkotiklərə və narkomaniyaya yox deyək”, “Erkən və qohumlar arası nikahların mənfi nəticələri”, “Dini radikalizm”, “Uşaqların təhsildən yayınmasının qarşısının alınması” mövzuları ilə bağlı müəllimlər, şagirdlər və tədbirin digər iştirakçılarını maarifləndiriblər. Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu sahələrdə imzalanmış qanunlar barədə eləcə də ölkəmizdə bu sahədə görülmüş işlər haqqında tədbir iştirakçılarına izahlar verilib, müəllim və şagirdlərlə diskussiyalar aparılıb.

Tədbirin sonunda şagirdlərin mövzulara uyğun sualları cavablandırılıb.