Meşə fondu torpaqlarında məhdudlaşdırıcı nişanların (sərhəd, kvartal və digər göstərici dirəklərin) məhv edilməsi və ya zədələnməsi yolverilməzdir.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, meşə fondu torpaqlarında məhdudlaşdırıcı nişanların (sərhəd, kvartal və digər göstərici dirəklərin) məhv edilməsinə və ya zədələnməsinə görə fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər beş min beş yüz manatdan altı min beş yüz manatadək məbləğdə cərimə edilir.