Qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma  beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma:

– bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə;

– təkrar törədildikdə;

– ağır nəticələrə səbəb olduqda-

beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyalardan hər hansı birinin qanunsuz olaraq hazırlanması, əldə edilməsi, saxlanması, daşınması, gəzdirilməsi, başqasına verilməsi və ya satılmasına görə Cinayət Məcəlləsinin digər maddələrində və ya İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulduqda, həmin əmələ bu maddənin qüvvəsi şamil edilmir.