Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan normallaşma prosesini müzakirə edib.
Heftelik.az-ın məlumatına görə, Mövlud Çavuşoğlu bunu jurnalistlərə açıqlamasında bildirib.
Türkiyənin xarici işlər naziri qeyd edib ki, iranlı həmkarı ilə də Azərbaycana dair məsələləri müzakirə edib.