UEFA Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinə start verilib.

Heftelik.az-ın məlumatına görə, Madriddə keçirilən oyunda turnirin son qalibi olan İspaniya klubu “Real Madrid” İngiltərə təmsilçisi “Mançester Siti”ni qəbul edib.

“Santyaqo Bernabeu”dakı qarşılaşmada hesabı meydan sahibləri açıblar. 36-cı dəqiqədə Vinisyus Junior baxımlı qola imza atıb.

Ancaq 67-ci dəqiqədə Kevin De Bruyne eyni dərəcədə gözəl zərbə ilə qarşılıq verib və bərabərlik topunu vurub. Beləliklə, matç 1:1 hesabı ilə başa çatıb.

Bu komandalar arasında cavab oyunu mayın 17-də Mançesterdə keçiriləcək.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər görüşündə bu gün İtaliya klubları “Milan”la “İnter” üz-üzə gələcəklər.