“Naxçıvan Bank” ASC-nin Bakı filialının rəhbəri dəyişib.
Heftelik.az-ın məlumatına görə, filialın yeni rəhbəri Şaiq Bayramov təyin edilib.
O, bu vəzifədə Vəli Əliyevi əvəz edib.
Qeyd edək ki, ölkənin yeganə regional bankı olan “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, onun nizamnamə kapitalı 94 mln. manatdır. Bankın səhmdarları isə 3 fiziki şəxsdən ibarətdir.