Radioaktiv materialları talama və ya hədə-qorxu ilə tələbə etmə dörd min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, eyni əməllər:

– qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

– təqsirkar tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

– həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə—

beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmin əməllər:

– mütəşəkkil dəstə tərəfindən törədildikdə;

– həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə—

beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.