10 may 2023-cü il tarixdə Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev ili” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Heftelik.az-ın məlumatına görə, tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların məsul şəxsləri, rayon ağsaqqalları və rayon ictimaiyyəti iştirak edib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyulub.

Sonra Ucar Rayon Heydər Əliyev Mərkəzinin foyesində Ulu Öndər Heydər Əliyevin Ucar rayonuna səfərini əks etdirən foto-sərgiyə baxış keçirilib.

Daha sonra tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov məruzə ilə çıxış edib.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı film nümayiş etdirilib.