“Azərbaycan və Türkiyə birlikdə Ermənistana sülh əli uzatdı. Biz hələ də bu sülh əlinin qəbul edilməsini gözləyirik. Biz sülh istəyirik”.

Heftelik.az DHA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar “Anadolu Qartalı 2023” təlimlərinin nəticələrinə dair brifinq zamanı bildirib.

O qeyd edib ki, bölgədə sülh hər kəsin xeyrinədir:

“Bunu izah etməyə çalışırıq. Biz Ermənistana deyirik, özünüz olun, kənardan gələn təkliflərlə hərəkət etməyin. Düşünürük ki, bu bölgənin şərtlərinə və coğrafiyasına uyğun hərəkət etsəniz, bölgə üçün və özünüz üçün də çox daha faydalı olar”.