Türkiyənin “Məmləkət” partiyasının sədri Məhərrəm İncə prezidentliyə namizədlikdən imtina edib.

Heftelik.az xəbər verir ki,  o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

İncə qeyd edib ki, ona qarşı qarayaxma kampaniyası başladılıb.

“Namizədliyimi geri götürürəm, bunu ölkəm üçün edirəm”, – o vurğulayıb.

Qeyd edək ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.