Fiziki və ya hüquqi şəxsi, dövlət qurumlarını və ya beynəlxalq təşkilatları hər hansı hərəkətin edilməsinə məcbur etmək və ya hər hansı hərəkətin edilməsindən çəkindirmək məqsədilə radioaktiv materialları talamaqla hədələməyə görə cəzalar açıqlanıb.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, fiziki və ya hüquqi şəxsi, dövlət qurumlarını və ya beynəlxalq təşkilatları hər hansı hərəkətin edilməsinə məcbur etmək və ya hər hansı hərəkətin edilməsindən çəkindirmək məqsədilə radioaktiv materialları talamaqla hədələmə üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.