Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov 11 may 2023-cü il tarixdə rayonun Qazyan kəndində səyyar qəbul keçirib.

Heftelik.az-ın məlumatına görə, səyyar qəbulda Qazyan kənd sakinlərinin problemləri dinlənilərək bir sıra məsələlər yerindəcə həll olunub, vaxt tələb edən digər məsələlərin həlli isə əlaqədar vəzifəli şəxslərə tapşırılıb.

Səyyar qəbulda rayonun aidiyyatı təşkilatlarının rəhbərləri də iştirak edib.