Atçılıq haqqında qanunvericiliyin pozulmasına görə cərimələr məlum olub.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının atçılıq sahəsində göstərişlərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər iyirmi manatdan otuz manatadək məbləğdə, vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir.

Damazlıq atlara pasportların (şəhadətnamələrin) verilməsi qaydalarının pozulmasına görə vəzifəli şəxslər səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.

Milli at cinslərinin və beynəlxalq genofonda daxil olan at cinslərinin damazlıq özəklərinin məhv edilməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.