3 iyul 2023-cü il tarixdə, saat 11:00-də “Azərelektroişıq” ASC səhmdarların ümumi yığıncağı keçiriləcək.
Heftelik.az-ın məlumatına görə, səhmdarların ümumi yığıncağında “Azərelektroişıq” ASC-nin ləğv edilməsi, “Azərelektroişıq” ASC-nin buraxılmış səhmlərinin ( qiymətli kağızların) dövriyyədən çıxarılması və ləğv edilməsi, “Azərelektroişıq” ASC-nin təsviyəçisinin təyin edilməsi və digər məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, iclas Bakı şəhəri, Nərimanov rayonu, Ə. Qayıbov küçəsi 10, “Bakı Kondisioneri” ASC-nin inzibati binasında keçiriləcək.