Borclu təşkilatın rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən müflisləşmə zamanı və ya müflisləşmə güman edilən zaman əmlakın və ya əmlak öhdəliklərinin, əmlak haqqında məlumatların, onun miqdarının, olduğu yerin, yaxud əmlak haqqında digər məlumatların gizlədilməsi, əmlakın digərinin sahibliyinə verilməsi, əmlakın özgəninkiləşdirilməsi və ya məhv edilməsi, habelə iqtisadi fəaliyyəti əks etdirən mühasibat və ya digər hesabat sənədlərinin gizlədilməsi, məhv edilməsi və ya saxtalaşdırılması xeyli miqdarda ziyan vurduqda hansı hökmlərin verildiyi açıqlanıb.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, borclu təşkilatın rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən müflisləşmə zamanı və ya müflisləşmə güman edilən zaman əmlakın və ya əmlak öhdəliklərinin, əmlak haqqında məlumatların, onun miqdarının, olduğu yerin, yaxud əmlak haqqında digər məlumatların gizlədilməsi, əmlakın digərinin sahibliyinə verilməsi, əmlakın özgəninkiləşdirilməsi və ya məhv edilməsi, habelə iqtisadi fəaliyyəti əks etdirən mühasibat və ya digər hesabat sənədlərinin gizlədilməsi, məhv edilməsi və ya saxtalaşdırılması xeyli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.