Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Elçin İlyas oğlu Əfəndiyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Heftelik.az-ın xəbərinə görə,  Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.