Sudan özbaşına istifadə edənlər cərimələnəcək.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, sudan özbaşına istifadə edilməsinə, yəni:

– sudan istifadə etmə limitlərinə əməl edilməməsinə;

– su ehtiyatlarından israfçılıqla istifadə edilməsinə;

– içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə –

fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.