Kempinqlərdə, avtoqoşqu evlərdə və avtoqoşqu evlərin dayanacaqlarında xidmət göstərilməsi ilə bağlı minimal məbləğ müəyyənləşib.

Heftelik.az-ın məlumatına görə, bu, “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, ərazilər və zonalar, habelə investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ”ində əksini tapıb.

Beləliklə, kempinqlərdə, avtoqoşqu evlərdə və avtoqoşqu evlərin dayanacaqlarında xidmət göstərilməsi layihəsinin minimal məbləği turizm və rekreasiya zonalarında 200 min manat müəyyənləşib.