Ötən gün axşam saatlarından başlayaraq Quba və Qusar rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, yağıntı əsasən dəniz səviyyəsindən 2 min metrdən yüksəklidə yerləşən ərazilərdə qeydə alınıb. Xınalıq kəndində qarın hündürlüyü 2-3 santimetrə çatır.
Temperatur ötən günlərə nisbətən aşağı enib.