Bu rayonlara qar yağdı

15 May 2023, 10:00

Ötən gün axşam saatlarından başlayaraq Quba və Qusar rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, yağıntı əsasən dəniz səviyyəsindən 2 min metrdən yüksəklidə yerləşən ərazilərdə qeydə alınıb. Xınalıq kəndində  qarın hündürlüyü 2-3 santimetrə çatır.

Temperatur ötən günlərə nisbətən aşağı enib.