Fiziki və hüquqi şəxslərin müflisləşməsinə (iflasına) dair işlərin aidiyyəti məlum olub.

Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a açıqlamasında deyib ki, Mülki Prosessual Məcəlləyə əsasən, Müflisləşmə (iflas) haqqında işlərə borclu fiziki şəxsin yaşadığı yerin, hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsində baxılır.