Türkiyədə prezident seçkilərində seçki qutularının 97,6 faizi açılıb.

Heftelik.az-ın xəbərinə görə, Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (Ak Parti)və Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan  49,3 faiz (26 369 499), Cümhuriyyet Xalq Partiyasının və Millət İttifaqının namizədi Kemal Kılıçdaroğlu 45 faiz (24 032 983), ATA İttifaqının namizədi Sinan Oğan 5,2 faiz (2 803 473) səs toplayıb.

 

***

14 may, saat 20.39

Türkiyədə prezident seçkilərinin ilkin nəticələri açıqlanır.

Heftelik.az-ın məlumatına görə, səslərin 32, 26 faizi sayılıb.

Rəcəb Tayyib Ərdoğan: 53,37%,

Kamal Kılıçdaroğlu: 40,68%,

Sinan Oğan: 5,39%,

Məhərrəm İncə: 0,56% səs toplayıb.