Dəniz və çay nəqliyyatında gəmilərin limana daxil olmasının və limandan çıxmasının, habelə Azərbaycan Respublikasının ərazi sularında və liman akvatoriyasında gəmilərin hərəkəti və dayanması qaydalarının pozulmasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, lazımi icazə olmadan liman sularında dalğıclıq işləri görülməsinə və ya bu işlər zamanı siqnal vermə qaydalarına əməl edilməməsinə görə yüz manat məbləğində cərimə edilir.