Bu gün  yerli vaxtla saat 04:29-da İsmayıllı stansiyasından 9 km şərqdə İsmayıllı rayonunda 3 maqnitudalı  zəlzələ qeydə alınıb.

Heftelik.az-ın məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələnin ocağı 44 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.