Dilləri bilən, tərcümə etmək üçün zəruri biliyə malik olan və bu Məcəllədə nəzərdə tutulmuş hallarda məhkəmə tərəfindən təyin edilmiş şəxs tərcüməçi hesab olunur.

Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a açıqlamasında deyib ki, Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə icraatında iştirak edən əlilliyi olan şəxslər ixtisaslaşmış vasitəçilərin (qiraətçilərin və peşəkar surdo tərcüməçilərin) köməyindən istifadə etdiyi hallarda, həmin ixtisaslaşmış vasitəçilər (qiraətçilər və peşəkar surdo tərcüməçilər) tərcüməçi hesab olunurlar.