Gəminin suyaoturumu, uzunluğu, eni və tutumu barədə dəniz bələdçisinə dəqiq məlumatların elan edilməməsinə və ya yanlış məlumatların elan edilməsinə görə üç yüz manat məbləğində cərimə edilir.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, dəniz nəqliyyatı sahəsində beynəlxalq konvensiyaların tələblərinə, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə zidd olaraq gəmilərin dəniz üzgüçülüyünün təhlükəsizliyinə, insan həyatına və ya ətraf mühitə real təhlükə yaradan uyğunsuzluqlarla istismar və idarə edilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.