28 may Müstəqillik günü ilə əlaqədar ardıcıl 3 gün iş olmayacaq.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Bu il 28 may bazar gününə təsadüf etdiyi üçün  iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 29 may qeyri-iş günü olacaq. Beləliklə, 27 may da şənbəyə təsadüf etdiyi üçün 3 gün ardıcıl – 27 may, 28 may və 29 may tarixlərində iş olmayacaq.