Ekspertizanın keçirilməsi iki və daha artıq ekspertə tapşırılarsa, onlar öz aralarında məsləhətləşə bilərlər.

Hüquqşünas Yaşar Ağzazədə Heftelik.az-a açıqlamasında bildirib ki, Mlüki Prosessual Məcəlləyə əsasən, ekspertlər ümumi nəticəyə gəldikdə, onlar bir ümumi rəy verirlər. Başqa ekspertlərlə razılaşmayan ekspert ayrıca rəy verir.

Ekspertiza ekspert idarələrində keçirildikdə rəy üçün məsuliyyəti həmin idarənin rəhbəri tərəfindən ekspertiza keçirilməsi tapşırılan konkret ekspert və ekspertlər daşıyırlar.