Mülki məhkəmə icraatında dövlət rüsumunun hansı hallarda ödənildiyi açıqlanıb.

Hüquqşünas Yaşar Ağzazədə Heftelik.az-a açıqlamasında bildirib ki, Mlüki Prosessual Məcəlləyə əsasən, mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir: – iddia ərizəsi verildikdə;

– iddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslər işə qoşulmaq barədə ərizə verdikdə;

– xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə;

– məhkəmə əmri haqqında ərizə verildikdə;

– müvəqqəti təminat tədbiri barədə ərizə verildikdə;

– iş üzrə icraatın xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlardan şikayət verildikdə;

– apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə;

– qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizə verildikdə;

– məhkəmə aktlarının surətləri təkrarən verildikdə.