Tərcüməçilərin əmək haqqı və məhkəməyə gəlməklə əlaqədar çəkdikləri xərc dövlət büdcəsi hesabına ödənilir.

Hüquqşünas Yaşar Ağzazədə Heftelik.az-a açıqlamasında bildirib ki, Mlüki Prosessual Məcəlləyə əsasən, məhkəməyə şahid qismində çağırılan işçilərin işdə olmadıqları müddət üçün orta əmək haqları saxlanılır. Əmək münasibətlərində olmayan şahidlər adi məşğuliyyətlərindən ayrıldıqlarına görə faktiki sərf olunmuş vaxt və əməyin ödənilməsi üçün müəyyən edilmiş minimum əmək haqqının məbləği nəzərə alınmaqla əvəz alırlar.